​ABŞ-dan Rusiyanın vetosuna cavab: “DIKTATORLARI DƏSTƏKLƏYIRSINIZ”

Rusiyanın növbəti dəfə Suriyada kimyəvi hücumların araşdırılmasına qoyduğu veto Moskvanın diktator və terrorçuların mövqeyində olduğunu göstərir.
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli söyləyib. Onun sözlərinə görə, Rusiya son addımı ilə açıq şəkildə onu dünyada kimyəvi silahın tətbiqinin narahat etmədiyini göstərdi.
Qeyd edək ki, Rusiya Suriyada kimyəvi silahların istifadəsi ilə bağlı araşdırma aparan BMT missiyasının xidmət müddətinin atırılması layihəsinə veto qoyub. Rusiya tərəfinin hansı səbəbdən veto qərarı verməsi açıqlanmayıb.