​ABŞ-dan Rusiya və Çinə qarşı NƏHƏNG TƏXRİBAT

ABŞ Rusiya və Çinin məhv edilməsi üçün nəhəng təxribat hazırlayır.
Muxalifət.az xəbər verir ki, bu haqda “AgoraVox” telekanalın jurnalisti Tom Aldren yazıb.
“ABŞ öz hegemonluğunu saxlamaq üçün qorxunc müharibədə əvvəlcə Rusiyanı, daha sonra Çini məhv etmək istəyir”, - o yazıb.
Aldren əmindir ki, müdafiə olunan qurban kimi görünmək ehtiyacı Vaşinqtonun müharibəni başlamasına mane olur.
“Ancaq Rusiya Birləşmiş Ştatların bu siyasətini başa düşür. Buna görə də Vaşinqton indi yeni nəhəng təxribatı fikirləşəcək. Rusiya və Çinin Amerika dollarından imtina etmək arzusu fonunda iqtisadi situasiyanın pisləşməsi ABŞ-ı tələsdirir”, - jurnalist qeyd edib.
Onun fikrincə, yaranmış vəziyyətdə, Vaşinqton Rusiyaya hücum üçün bəhanə axtarır. Aldren əmindir ki, status-kvo əbədi qala bilməz və ABŞ ilə Rusiya arasında müharibə qaçılmazdır.
“Birləşmiş Ştatlar Rusiyanı səhv etməyə məcbur etmək üçün bütün alçaq hiylələri işə salmağa hazırdır”, - jurnalist yekunlaşdırıb./publika.az/