ABŞ-dan Rusiya üçün İnterpol tələbi

Baxış sayı:
2356

 ABŞ Senatı, Rusiya ilə ipləri gərəcək daha bir həmlə edib. Senat, Rusiya üçün İnterpol məhdudlaşdırması tələb edib.
 
ABŞ senatı, Rusiyanın İnterpol axtarmalarından sui-istifadə etdiyi və bu səbəblə də məhdudiyyət tələb edib.
Rusiyanın, Beynəlxalq Polis Əməkdaşlığı Təşkilatı olan İnterpol vasitəsilə cinayətkarların axtarış və ölkəyə ekstradisiyası meyarlarına uyğun gəlmədiyi və bu səbəblə də İnterpol axtarmalarına məhdudiyyət gətirilməsi tələb olunub. ABŞ Senatı tərəfindən təqdim olunan qanun layihəsində Rusiyanın İnterpolu pis niyyətlə istifadə etdiyi və Rusiya mərkəzi hakimiyyətin İnterpol üzərindən siyasi rəqiblərini təzyiq altına aldığı iddia edilib.
Qeyd edək ki, ABŞ Senatı qərarları BMT qətnamələri əsasında aldığını bəyan edərək Rusiyaya bir çox məsələdə məhdudiyyət gətirmişdi.
Müxalifət.az