ABŞ-dan qalmaqal “Türkiyə” açıqlaması

Baxış sayı:
6400

ABŞ-ın dövlət katibi Pompeo Amerikanın “Newsmax” televiziyasına verdiyi müsahibədə, ABŞ-ın Suriyadan çəkilmə qərarı barədə danışıb.
 
ABŞ Suriyadan çəkiləcəyini təkrarlayan Pompeo, çəkilmə məsələsində bir gecikmə vəziyyətinin söz mövzusu olub olmadığına dair bir suala, “Prezident Suriya məsələsində qətiyyətlidir. Əsgərlərimiz oradan çıxacaq. Prezident eyni zamanda, İŞİD ilə mübarizəyə davam etmək lazım gəldiyini və Orta Şərqdə sabitlik yaradacaq şeylər etməyi təmin etməyimizin lazım olduğunu açıq bir şəkildə ortaya qoydu. İran ilə mübarizə davam edir. Bunların hamısını edəcəyik. Bu nəticələri əldə etməyə davam edəcəyik. Bunları sadəcə Amerikan qüvvələri Suriyadan çıxdığı bir zamanda edəcəyik. Sizə bir təqvim vermirəm. Düşmənlərimizin tam olaraq nə zaman ayrılacağımızı bilmələrini istəmirəm" cavabını verib.
 
Qalmaqal Türkiyə açıqlaması
 
ABŞ prezidenti Trampın tapşırıqlarının açıq olduğunu qeyd edən Pompeo, çəkilmə prosesini Trampın göstərişləri ilə ardıcıl şəkildə icra etməyə çalışdıqlarını vurğulayıb.
Suriya məsələsində Trampın verdiyi göstərişlərə toxunan nazir Pompeo, burada Türkiyəyə dair qalmaqal bir ifadə işlədib.
Pompeo, "Bunları bütün cəbhələrdə yerinə yetirəcəyik. Yalnız çəkilmə deyil, prezidentin ortaya qoyduğu digər bütün amillər nəzərə alınacaq. Yəni Türklərin kürdləri qətl etməmələrini təmin etməyin əhəmiyyəti, Suriyada dini azlıqların qorunması, bütün bunlar hələ də ABŞ-ın ortaya qoyduğu missiyanın tərkib hissəsidir" deyə söyləyib.
 
"Ərdoğanla işləməli olduğumuz çox sahə var”
 
Aparıcının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yönəlik" O. etibarlı tərəfdaşdırmı" sualına cavab verən Pompeo, "Türklərlə üzərində işləməli olduğumuz çox şey var. NATO müttəfiqidirlər. Amerikalıların məşğul olduğu və Amerikalıların təhlükəsizliyini təmin edən şeylərə olduqca dəstək verdikləri yerlər var" deyə bildirib.
Türkiyə ilə bağlı harahatlıq hiss etdikləri məsələlərin də olduğunu deyən Pompeo, Türk rəsmiləri ilə danışıqların davam etdiyini bildirib.
Önümüzdəki həftə Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton ilə Suriya üzrə xüsusi nümayəndə Ceyms Jeffreyin Türkiyəyə gedəcəyini xatırladan Pompeo, "ABŞ üçün yaxşı nəticələr əldə etmək üçün prezident Ərdoğan və Türk rəhbərliyi ilə işləməli olduğumuz çox sahə var" deyib.
Müxalifət.az