ABŞ-dan qalmaqal qərar: Türkiyə əleyhinə olan layihə qəbul edildi

Baxış sayı:
5281

ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komissiyası 10 mayda təqdim edilən və Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemi aldığı təqdirdə F-35 proqramından çıxarılması çağırışı edən qərar layihəsini qəbul edib. Türkiyəyə S-400 sisteminin alışını ləğv etməsi çağırışı edilib.
 
“Amerikanın səsi” radisosunun xəbərinə görə, ABŞ Nümayəndələr Palatası Xarici İşlər Komissiyasında bir silsilə qərar layihəsi ilə bağlı müzakirələr olub. İclasda müzakirə olunan layihələrdən biri də hər iki partiyadan Konqres üzvlərinin dəstək verdiyi və Türkiyəyə S-400 sistemini aldığı təqdirdə sanksiya tətbiq olunması çağırışında olan qərar layihəsi idi. Qərar layihəsi iclasın sonunda edilən səsvermədə qəbul edilib. İclasda müzakirə olunan Türkiyə əleyhinə olan qərar layihəsi də səsli səsvermə üsulu ilə topluca səs verilərək təsdiqlənib.
ABŞ Konqresində və Nümayəndələr Palatasında qanun layihəsi və qərar layihəsi olmaqla, iki şəkildə layihə təqdim edilə bilir. Qanun layihələri Konqresin iki qanadından da təsdiq aldıqdan sonra ABŞ prezidentinin imzasıyla qanunlaşır. Qərar layihəsinin qanuni bir bağlayıcılığı olmur, ancaq Konqresin və Palatanın bir mövzudakı fikirini əks etdirir.
Müxalifət.az