ABŞ-dan qalmaqal addım: Türkiyə əleyhinə layihə hazırlandı

Baxış sayı:
5896

ABŞ Nümayəndələr Palatası büdcə komissiyasının hazırladığı qanun layihəsiylə F-35 döyüş təyyarələrini Türkiyəyə təhvil verilməsi üçün ABŞ ictimai qaynaqları istifadə edilə bilməyəcək.
 
Qanun layihəsinin qüvvəyə minməsi üçün Senatın təsdiqi və prezident Trampun imzası tələb olunur.
Qeyd edək ki, ABŞ daha əvvəl Türkiyənin Rusiyadan alacağını açıqladığı S-400 raketləri ilə F-35-lər arasında seçim etməsini istəmişdi.
“Reuters”-in qeyd etdiyi qanun laycihəsinə görə, F-35-lərin Türkiyəyə təhvil verilməsi üçün ABŞ ictimai qaynaqları İstifadə edilə bilməyəcək. ABŞ Konqresi hökumətin xərclərini idarə etmək və məhdudlaşdırmaq üçün səlahiyyətlərini istifadə edərək hökumət siyasətini yönəldir.
Bu çərçivədə ABŞ dövləti F-35-ləri Türkiyəyə aparacaq yanacaq və ya pilotlar üçün xərcləmə edə bilməyəcək.
Müxalifət.az