​ABŞ-dan Putinin adamlarına növbəti zərbə - Tramp təsdiq edərsə...

Baxış sayı:
3682

ABŞ-ın Respublikaçılar və Demokratlar partiyasından olan senatorlar Konqresə Rusiyaya qarşı yeni və qatı sanksiyaları ehtiva edən qanun layihəsi təqdim edib.
Muxalifet.az xəbər verir ki, 6 senatorun təklif etdiyi “Amerikanın təhlükəsizliyini Kremlin hücumundan qorumaq layihəsi 2018” adlı qanun layihəsində Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsi, Suriyadakı mənfi mövqeyi, Krıma hərbi müdaxilələri və digər fəaliyyətləri səbəbilə yeni sanksiyaların tətbiq edilməsi qeyd edilib.
Qanun layihəsi “cəhənnəmdən gələn hesabat” kimi dəyərləndirilib. Bu çərçivədə Rusiya prezidenti Vladimir Putin ilə əlaqələri olan siyasi fiqurlar, oliqarxlar və bəzi ailələrə sanksiya tətbiq ediləcəyi ifadə edilir.
Layihəni qüvvəyə minmədən öncə Senat, Təmsilçilər Məclisi və ABŞ prezidenti Donald Trampın təsdiq etməsi lazımdır.