ABŞ-dan Putin-Əsəd GÖRÜŞMƏSİNƏ İLK ŞƏRH

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nayert həftəlik mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinlə Bəşşar Əsədin qucaqlaşaraq görüşməsi səhnəsinə münasibət bildirib.
 
Nayert, “Putin Əsədə sarılarmaqla Suriyadakı qırğına şərik və məsul olduğunu göstərib” deyə, münasibət bildirib.
Jurnalist "mövzu haqqında ABŞ Xarici İşlər Nazirliyi nə düşünür" şəklindəki sualına isə Nayert belə cavab verib:
 "ABŞ prezidentinin Rusiya ilə mürəkkəb münasibətləri var. Hamımız Putinin Əsədi qucaqladığı o rəsmi gördük. Suriyadakı günahsız vətəndaşlar üzərində sınanan kimyəvi silah hücumları haqqında nə hiss etdiyimi bilirsiniz. Güman edirəm ki, bütün Amerika Birləşmiş Ştatları vətəndaşları eyni şəkildə hiss edir."
 
 PUTİNİN ƏSƏDƏ SARILMASI MƏSULİYYƏTİN GÖSTƏRİCİSİDİR
 
Nayertin fikrincə, bu qucaqlaşma, Vladimir Putinin Bəşşar Əsədin ölkəsində yaratdıqlarının məsuliyyətini və bundan dolayı ona hər hansı bir təzyiq tətbiq edilməməsinin göstəricisidir. ABŞ sözçüsü Cenevrə prosesini və Cenevrə danışıqlarını sonuna qədər dəstəklədiklərini və bundan imtina etmədiklərini də deyib.
Bu mənzərəyə prezident Trampın münasibəti sorulunca, Nayert “Prezident Tramp adından danışmaq istəmirəm. Bununla bağlı özü də bir açıqlama verəcəkdir" deyən ABŞ sözçüsü, "Ancaq şəkildən hər şey çox aydın görünür" deyə, fikrini tamamlayıb.
Müxalifət.az