ABŞ-dan PKK-ya havadan müdafiə sistemi

Baxış sayı:
8224

Türkiyənin cənubundakı təhdid ABŞ dəstəyiylə böyüyür. Trampın "çəkilirik" vədinin əksinə terror təşkilatı PKK / PYD-yə verilən silahların miqdarı artdı, mahiyyəti dəyişdi. Sonuncu TIR-larda qabaqcıl hava müdafiə sistemlərinin olduğu bildirilir. Beləcə "Türkiyəsiz təhlükəsiz bölgə" planları həyata keçirilmək istənilir.
 
Bölgəyə yeni müşahidə nöqtələri quran Pentaqon, terror təşkilatı PKK / YPG-yə inkişaf etmiş texnologiya, hərbi texnika və silah sistemləri sövq edib. ABŞ mətbuatının rəsmi mənbələrə istinadən verdiyi xəbərə görə Pentaqon İŞİD əməliyyatları bitdikdən sonra İraq ordusunun xidmətindəki silah və texnikaları geri alıb. Bu texnika və silahların çoxu Suriyanın şimalında terror təşkilatı olan PKK / YPG-yə göndərilib. Xatırladaq ki, silahların nəqli ABŞ prezidenti Donald Tramp 2018-ci il dekabrın 19-da "Suriyadan çəkilrik" dedikdən 12 gün sonra başlamışdır.
 
SİLAHLARIN SİYAHISI
 
Terror təşkilatına 50 ədəd zirehli personal daşıyıcı Humwee, 20 ədəd minaya müqavimətli texnika, 40 ədəd təkmilləşdirilmiş silahlı hərbi daşıyıcı, 700 ədəd yüngül anti-tank silahı, 2400 ədəd havan silahı (mortar), 25 mina təmizləyici  və müxtəlif partlayıcı maddələr təhvil verilib. Pentaqon sözçüsü Sean Robertson terror təşkilatına silah və nəqliyyat vasitələrinin göndərilməsini təsdiqləyib, ancaq detalları verməyib. Robertson ötən ay etdiyi açıqlamada, "Fərat çayının şərqində nəzarəti tamamilə təmin edə bilməsi üçün SDG-yə (PKK) yetərli səviyyədə avadanlıq və silahların təmin edilməsi çox vacibdir. ABŞ Müdafiə Nazirliyi və Konqres təsirli və effektiv olan təlim fəaliyyətləri üçün maliyyələşdirməni davam etdirəcəkdir.
 
TIR-ların YÜKÜNƏ DAİR ŞOK İDDİA
 
Bölgədəki qaynaqlar silahların göndərilməsini təsdiqləyir. Son 2.5 ayda İraqdan Suriyalı PKK-ya 12 ayrı konvoyda 12 min TIR dolu silah göndərilib. Silah yüklü daşımalar son 2.5 ayda yalnız gecə saatlarında həyata keçirilib. Son zamanlarda daşınma intensivləşmişdir. Digər tərəfdən, ABŞ-ın Suriyanın şimalında terror təşkilatı PKK-nı qorumaq üçün qurmağı planlaşdırdığı 'Türkiyəsiz təhlükəsiz bölgə "planı istiqamətində bölgəyə inkişaf etmiş havadan müdafiə etmə sistemi daşıdığı iddia edilir. Sistemlərin bölgədəki Fəratın şərqinə yönəlik əməliyyat üçün terror fəaliyyətlərini izləyən Türkiyənin İHA-larına maneə törətmə məqsədli istifadə ediləcəyi ifadə edilir.
Müxalifət.az