ABŞ-dan PKK-ya 4-cü düşərgə

Baxış sayı:
7138

PKK İraqda Qəndil, Mahmur və Sincardan sonra 4-ci böyük düşərgəsini yaratmağa hazırlaşır. ABŞ daha əvvəl İran rejimi əleyhdarı "Xalqın Mücahidləri” təşkilatına aid təlim düşərgəsini terror təşkilatına təsis edib. İraqın keçmiş prezidenti Səddam Hüseyn 1986-ci ildə İran rejiminə müxalif “Xalqın Mücahidləri” təşkilatına nəhəng bir təlim düşərgəsi yaratmışdı. Diyalada qurulan “Əşrəf Düşərgəsi”ndə İrandakı rejim müxaliflərinə hərbi və siyasi təlim verilirdi. ZONA BOŞALDILIB 2013-cü ildən sonra düşərgənin nəzarəti ABŞ-a keçib. “Yeni Şəfəq” qəzetinə açıqlama verən bölgə mənbələri ABŞ-ın bu ilin əvvəlindən etibarən düşərgə ətrafında olan İran dəstəkli “Haşdi Şabi” qoşunlarını bölgədən uzaqlaşdırdığını, sonra isə bəzi PKK-lını düşərgəyə tənzimləmə məqsədli yerləşdirdiyi məlumatını verib. 40 MİN NƏFƏRƏ TƏLİM VERİLMİŞDİ “Yeni Şəfəq”in əlaqə saxladığı İraq Ordusunun keçmiş generallarından Əbdüs-Səlam Cesim İraqda “Xalqın Mücahidləri”nə təsis edilən 3 düşərgənin olduğunu və İranlı generallar Seyid Əhməd, Seyid Cəfərin təlimə məsul şəxslər kimi fəaliyyət göstərdiyini söyləyib. Bu düşərgələr arasında “Əşrəf Düşərgəsi”nin fövqəladə böyüklüyə malik olduğunu qeyd edən general Əbdüs-Səlam Cesim, düşərgələrdə ən az 40 min “Xalqın Mücahidləri” təşkilatının nümayəndəsinə təlim verildiyini deyib. PKK ABŞ-ın QORUMASINA ALINDI 2013-ci ildə keçirilən əməliyyatda amerikalıların yanında PKK-lıların da olduğunu ifadə edən Cesim, "Bir müddətdir boş olan düşərgə PKK-ya təsis edilib. Terror təşkilatı düşərgəyə yerləşərək İraqın içərilərinə daha çox buraxılacaq. Beləliklə, ABŞ PKK-nı Türkiyənin əməliyyatlarından qoruyacaq" deyib. Şəhərciyin həmçinin PKK-lı terrorçuların Suriyadan İrana daşınmasında ara mənzil vəzifəsini də yerinə yetirəcəyini bildirilib. Müxalifət.az