ABŞ-dan PKK etiraflı sənədlər ortaya çıxdı

Baxış sayı:
2311

Taha Dağlı / Haber7
 
PKK-PYD əlaqəsini bilməyən yoxdur.

Bu daha əvvəl də dəfələrlə sübut edilib.
 Suriyadakı PYD terrorçuları 2017-nin noyabrında Rakkanı DAEŞ terrorçularından təhvil alanda şəhər meydanında PKK başçısının portretləri bayram etmişdi.
 
MKİ: "PYD, PKK ÇIXINTISI" DEMİŞDİ
 
26 yanvar 2018-də Amerika kəşfiyyatı MKİ, terror təşkilatı siyahılarını təzələmiş və PYD-ni Suriyada PKK terror təşkilatının davamı olaraq adlandırmışdı.


 
ABŞ XİN PYD-dən BƏHS EDƏRKƏN "PKK" DEMİŞDİ
 
MKİ-nin internet saytında yayımlanan PKK etirafından bir gün sonra isə 27 yanvarda ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert, mətbuat konfransında Afrindəki PKK terrorçuları üçün "PYD" deyəcəyi yerdə, çaşıb "PKK" demişdi.
 
AMERİKALI SƏFİR "PKK - PYD EYNİDİR" DEMİŞDİ
 
ABŞ-ın Dəməşqdəki son səfiri olan Robert Ford, 2015-dəki müsahibəsində Suriyadakı PYD-nin PKK terror təşkilatına bağlı bir qurum olduğunu söyləmiş, ABŞ rəsmilərinin bunu inkar etməsini isə "cəfəngiyyat" kimi qiymətləndirmişdi.
 
ABŞ XİN SƏNƏDİNDİNDƏ “PKK” ETİRAFI
 
PKK-nı terror təşkilatı kimi tanısa da PYD ilə əlaqəsini inkar edən ABŞ rəhbərliyinin PKK etiraflarına bir yenisi əlavə olunub.
“Daily Sabah”-ın Vaşinqton nümayəndəsi jurnalist Ragıp Nəciblinin ortaya çıxardığı və sosial media hesabından bölüşdüyü diplomatik qeyddə də "PYD üçün PKK terror təşkilatının Suriyadakı uzantısı" yazır.


 
SƏNƏD TİLLERSON DÖVRÜNƏ AİDDİR
 
30 may 2017-ci il tarixli bu arayış ABŞ Xarici İşlər Nazirliyində hazırlanmışdır.
Yəni hazırkı Xarici İşlər Naziri Mayk Pompeo deyi, ondan əvvəlki nazir Tillerson dövrünə aid olan bir qeyddir.
Arayışın xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-lı nazir Reks Tillerson arasında keçiriləcək görüş üçün hazırlandığı görünür.
Sənədin tarixi 30 may 2017-ci ili göstərir.
 10 iyunda Çavuşoğlu ilə Tillerson arasında görüş olmuşdu.
 Ehtimal ki, onun üçün hazırlanan bir qeyddir.
 İki nazir arasında görüşdən öncə Amerikalı rəsmilər, Türkiyə-ABŞ münasibətləri haqqında bəzi məlumatları qələmə alır.
 Türkiyənin diqqət yetirdiyi iki məsələ qeyd edilir.
 Birinin FETÖ, digərinin PKK olduğu deyilir.
 O arayışda PKK-nı tanıtmaq üçün, "Amerikanın Suriyada dəstəklədiyi SDG-nin içərisində PYD-YPG-lilərin olduğu" bildirilir ki, "onların da terror təşkilatı PKK-ya bağlı, Amerika dəstəkli bir qurum" olduğuna diqqət çəkilir.
Hazırladı: Müxalifət.az