ABŞ-dan “Patriot” oyunu

Baxış sayı:
5902

Türkiyəyə “Patriot” havadan müdafiə sistemi satmağa çalışan ABŞ, nə texnologiya paylaşmasını istəmir, nə də qiymətdə güzəştə getmir. ABŞ 2013-də Türkiyəyə 4,5 milyard dollarlıq təklif ilə gəlmişdi. Bu rəqəm digər iki təklifdən daha yüksəkdi. Amerika “Patriot” hava müdafiə sistemi ilə bağlı satış təklifini Ankaraya çatdırıb. ABŞ Xarici İşlər Nazirliyi 3.5 milyard dollar dəyərində “Patriot” sistemlərinin Türkiyəyə satışına 19 dekabrda razılıq verib. Ankara yekun qərar üçün ABŞ-a təqdim etdiyi tələb yazısında qiymət endirimi və texnologiya transferi gözləntisini də vurğulayıb. Ancaq Türkiyəyə təqdim olunan son təklifdə təsdiq olunan 3.5 milyard dollarldan güzəşt edilməyib. Təqdim olunan mətndə Türkiyənin cəlbedici qiymət və texnologiya transferi tələblərinə dair hər hansı bir təklif verilməyib. ABŞ daha əvvəl də Türkiyənin Rusiyadan S-400 almasına qarşı F-35 kartını irəli sürmüşdü. Ancaq srağagünkü təqdim olunan təklifdə S-400-ə dair yazılı bir ön şərt yer almayıb, amma bu problem də hələ aşılmış deyil. Müxalifət.az