ABŞ-dan Orta Şərqə 10 min əsgər göndərmə planı

Baxış sayı:
4069

ABŞ-ın Orta Şərqə əsgər göndərmə siyasəti sanki hərraca çevrilib. “100- 120 min əsgər göndəriləcək” iddialarını yalanlayan Donald Tramp, "Lazım olsa, çoxunu göndərərik" mesajıyla əsgər göndərmə planına açıq qapı buraxmışdı.
 
Yeni bir iddia ilə İngilis “Reuters” agentliyi çıxış etdi. Pentaqona söykənilən iddiada, ABŞ-ın Orta Şərqə 10 minlik bir müdafiə ordusu göndərməyi planladığı ifadə edilib.
 
AĞ EVƏ TƏKLİF EDİLDİ
 
Ötən həftələrdə bölgəyə təyyarə gəmisi və “Patriot” göndərən ABŞ, bu səfər də 10 minlik müdafiə gücü göndərməyi planlayır. Planın sahibi ABŞ müdafiəsinin ürəyi olan Pentaqondur.
Bəsrə Körfəzində reallaşa biləcək bir şiə hücumuna qarşı özlərini birinci hədəf olaraq görən ABŞ, bölgədə meydana gələ biləcək hərəkətlərə qarşı mübarizə üçün əsgər göndərəcək.
CENTCOM-dan gələn tələb üzrə Pentaqon Ağ Evə əvvəl 5 min, sonra lazım olduğu təqdirdə daha 5 min əsgər olmaqla, toplam 10 min əsgər göndərməyi tələb edib.
 
MÜDAFİƏ BİRLİKLƏRİ
 
Tələb edilən hərbi birliklərin hücum və işğaldan çox, müdafiə üzərinə olduğu ifadə edilib. ABŞ-ın İrana yönəlik ola biləcək bir hücumu olduğu təqdirdə, Tramp 100 mindən çox əsgər göndəriləcəyini daha əvvəl də dilə gətirmişdi. Donald Trampın müdafiə məqsədli bu ordunun göndərilməsini təsdiq edib etməyəcəyi hələ bilinmir.
Müxalifət.az