ABŞ-dan “Öcalan” PORTRETLƏRİNƏ DAHA BİR AÇIQLAMA

 ABŞ səfirliyi Rakkada asılan terrorçubaşı Öcalan portretiylə bağlı yeni bir açıqlama ilə çıxış etdi
 
 Açıqlamada "Öcalan hörmətə dəyər bir şəxsiyyət deyil. PKK xarici terror təşkilatları siyahısında yer alan bir təşkilatdır. ABŞ terrorizmə qarşı mübarizədə Türkiyə ilə yaxın bir şəkildə əməkdaşlıq edir" ifadələri yer alıb.
 

 
Qeyd edək ki, PKK-nın Rakkada Ocalanın portretlərini asaraq bayram etməsindən sonra Türkiyə rəhbərliyindən gələn təpkilər üzərinə Pentaqon vəziyyəti yumşaltmaq üçün "Rakkada plakat açılmasını pisləyirik" – deyə, açıqlama vermişdi. Görünür bunun yetərli olmadığını anlayan ABŞ daha bir bəyanatla Türkiyənin könlünü almaqla bərabər, həm də beynəlxalq ictimai rəydə imicinin qeydinə qalır. Çünki ABŞ və müttəfiqlərinin bu hadisəni necə təqdim etməsindən asılı olmayaraq, olay bundan ibarətdir ki, bir terror təşkilatını Rakkadan  Vaşinqtonun dəstəklədiyi başqa bir terror qruplaşmasının yardımı ilə çıxarıblar. Və belə bir vəziyyət də təbii ki, beynəlxalq ictimai rəydə “ABŞ terrorçularla əməkdaşlıq edir” fikrini yaradır. Ona görə də ABŞ Türkiyənin könlünü almaqla bu hadisənin üstünə çox da getməməsini istəyir.
Müxalifət.az