ABŞ-dan növbəti uydurma bəhanə

Baxış sayı:
7960

 ABŞ Suriyada İŞİD ilə mübarizə bəhanəsi ilə SDG adını istifadə edən YPG/PKK-ya verdiyi dəstəyi İŞİD-ın əlindəki torpaqların hamısı alınmasına baxmayaraq davam etdirəcək.
 
ABŞ əsgərlərinin Suriyadan çəkilmə prosesini başlatmasına baxmayaraq Vaşinqton rəhbərliyinin İŞİD-dan sonrakı Suriya strategiyası hələ aydınlaşmayıb.
Amerikalı əsgərlər çəkilərkən ABŞ-ın SDG adını istifadə edən terror təşkilatı YPG/PKK ilə əlaqəsi, təşkilata verilən silahların aqibəti, İŞİD-dan alınan regionlarda sabitliyin təmin olunması, sağ ələ keçirilən İŞİD nümayəndələrinin gələcəyi kimi bir çox məsələdə sual cavab gözləyir.
 
YPG/PKK-ya DƏSTƏK DAVAM EDƏCƏK
 
 Terror təşkilatı YPG/PKK keçən həftə Fərat çayının şərqində İŞİD-ın əlindəki son yaşayış yeri olan Bagoz qəsəbəsində də nəzarəti ələ keçirdi.
Beləliklə, Suriyada İŞİD-la mübarizə və bu səbəblə də YPG/PKK-nı dəstəklədiyini iddia edən ABŞ-ın təşkilata yardım bəhanəsi aradan qalxmış oldu.
Anadolu Agentliyi müxbirinin, "İŞİD-ın əlindəki son torpaq parçasının da alınması və ABŞ-ın da Suriyadan çəkilməyə başlaması ilə YPG-yə verilən silahları geri yığacaqmı" sualına cavab verən Pentaqon sözçüsü Sean Robertson, ABŞ-ın təşkilata dəstəyinin davam edəcəyini deyib.
Robertson bu ifadələri işlədib:
“SDG İŞİD ilə mübarizədə təsirli və etibarlı tərəfdaş olub. SDG-yə verilən silahların məhdud, İŞİD məğlub edilməsi hədəflərini əldə edəcək dərəcədə olacağını ifadə etdik. Şimal-qərbi Suriyanın azad olunması tamamlanmaq üzrədir, amma daha görüləsi iş var. Onlar alınan torpaqları təmizləyərkən və İŞİD-ın təkrar ortaya çıxmasına mane olarkən tərəfdaşımız SDG-yə dəstək verməyə davam edəcəyik".
 Müxalifət.az