ABŞ-dan növbəti “baş qatma” açıqlaması: “YPG ilə əlaqəmiz müvəqqətidir”

Baxış sayı:
148

Amerikalı üst səviyyə bir səlahiyyətli, terrorçu YPG ilə əlaqələrini müvəqqəti və taktiki kimi qiymətləndirib.
 
ABŞ rəsmisi, PKK-lı terrorçubaşılarının başına mükafat qoyulmasının Türkiyənin narahatlıqlarına cavab olduğunu bildirib. YPG-li terrorçularla Amerikan əsgərlərinin birlikdə patrul gəzməsini isəSuriya strategiyasının bir hissəsi adlandıran ABŞ rəsmisi, “Münasibətlərimiz keçici və aksiya yönümlüdür. Fəratın şərqinə hərəkat məsələsində Türkiyə də bizi anlamalıdır" deyib.
 
TÜRKİYƏ DƏ BİZİ ANLAMALIDIR
 
Edilən açıqlamada, “Biz Türkiyəni başa düşürük, Türkiyə də bizi anlamalıdır" deyən ABŞ rəsmisi, “Türkiyə ilə ABŞ əsgərlərinin Münbiçdəki birgə patrul-keşik çəkməsi böyük bir uğurdur. Patrulun intensivliyinə komandirlər qərar verəcək" deyə bildirib.
Amerikalı səlahiyyətli, Türkiyənin Rusiyadan almağa hazırlaşdığı S-400 raketlərini bir daha nəzərdən keçirməsini də dilə gətirib.
Müxalifət.az