ABŞ-dan Münbiç və YPG açıqlaması

Baxış sayı:
2659

 ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiyanın sözçüsü polkovnik Sean J. Ryan, ABŞ ilə Türkiyənin razılığa gəldiyi Münbiç yol xəritəsinə dair açıqlama verib.
 
ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) bir toplantıya video konfrans üsuluyla qoşulan polkovnik Ryan, Suriya və İraqda davam edən İŞİD əleyhinə əməliyyatları dəyərləndirib.
 
ORTA FƏRAT VADİSİNDƏ 2 MİN İŞİD-çı VAR
 
Suriyada İŞİD ilə mübarizənin son mərhələsinə gəldiklərini bildirən Ryan, ABŞ rəhbərliyi altındakı koalisiyanın İŞİD-dən almağa çalışdığı Orta Fərat Vadisində 1500 ilə 2000 İŞİD mənsubunun olduğunu iddia edib.
 
MÜNBİÇDƏ BİRGƏ KEŞİKLƏR ÜÇÜN TƏLİM DAVAM EDİR
 
ABŞ ilə Türkiyənin razılığa gəldiyi Münbiç yol xəritəsinin həyata keçirilməsində hansı mərhələdə olduqları sualına, polkovnik Ryan, iki ölkə təhlükəsizlik qüvvələrinin 46-cı müstəqil koordinasiyalı patrul xidməti həyata keçirdiyini qeyd edib.
Münbiçdə çox az sayda hadisənin baş verdiyini ifadə edən Ryan, Türkiyə ilə ABŞ-ın koordinasiyalı keşikçilərinin bölgədəki sabitliyə töhfə verdiyini bildirib.
Münbiç yol xəritəsi çərçivəsində iki ölkə təhlükəsizlik qüvvələrinin regionda birgə patrullara hələ başlamadığını bildirən polkovnik Ryan, birgə keşik üçün verilən təlimlərin davam etdiyini deyib.
 
“YPG MÜNBİÇDƏ OLMAYACAQ, HAZIRDA ÇOX AZ YPG-li VAR"
 
Münbiçdə "YPG/PKK ünsürlərinin olub olmadığına dair bir suala isə Ryan, "Müşahidələrimə görə, Münbiçdə çox az YPG-li var. Müqaviləyə sadiqik, YPG Münbiçin bir hissəsi olmayacaq" deyə, cavab verib.
Müxalifət.az