ABŞ-dan MÜHÜM SİLAH: tankları görünməz edən qumbara

Baxış sayı:
2173

ABŞ hərbi mühəndisləri yalnız görünən işıq deyil, eyni zamanda raketlər və digər növ mərmiləri tanklara, döyüş vasitələrinə istiqamətləndirmək üçün istifadə edilən infraqırmızı şüaların da qarşısını alan yeni tip tüstü bombası hazırlayıblar.
Muxalifət.az xəbər verir ki, bu barədə ABŞ ordusunun Kimya-Bioloji Mərkəzinin alimi Zak Zander danışıb.
“İdealda biz elə bir tüstü bombası hazırlamaq istərdik ki, ayrı-ayrı vasitələrdən istifadə etməklə elektromaqnit şüalarını konkret diapozonlarda deyil, bütün növ dalğaları bloklaya bilsin. Bu, quru qoşunları baxımından da olduqca vacibdir. Əsgərlər bu zaman özləri ilə daha az vasitə daşımalı olacaqlar. Bir əşyanı daşımaq, beşindən daha rahatdır”, - Zander bildirib.