ABŞ-dan Misirə silah təhdidi

Baxış sayı:
7033

 ABŞ-ın xarici işlər naziri Mayk Pompeo Misirin Rusiyadan Su-35 döyüş təyyarələrini aldığı təqdirdə sanksiyalar tətbiq olunacağını bildirib.
 
ABŞ Senatında çıxış edən Pompeo, "Bu cür qəbulların CAATSA çərçivəsində ölkə rəhbərliyinə qarşı sanksiya tətbiqinə yol açdığını dəqiq bir şəkildə ortaya qoyduq. Misirdən bunu başa düşdüklərinə dair zəmanət almışıq. Onların bu silah alışı məsələsində daha çox addımlar atmasına ümid edirəm" deyib.
Qeyd edək ki, Rusiyanın “Kommersant” qəzeti müdafiə sənayesindən mənbələrə əsaslandırdığı xəbərində, Moskva və Qahirənin Misir Hərbi Hava Qüvvələrinin keçmiş Mig-21 və J-7 qırıcı təyyarələrinin yerinə istifadə edilməsi planlaşdırılan 20-dən çox Su-35 qırıcı təyyarənin tədarükü ilə bağlı müqavilə imzaladıqlarını yazmışdı.
Müxalifət.az