ABŞ-dan Əkrəm İmamoğlu açıqlaması

Baxış sayı:
14788

ABŞ-ın Türkiyədəki səfirliyi "Avropanın ən böyük şəhərini idarə edəcək olan Əkrəm İmamoğluna ən yaxşı diləklərimizi ərz edirik edirik" deyə təbrik mesajı göndərib.
 
Səfiriyin Twitter hesabından edilən açıqlamada, İstanbulluların "seçkidə kütləvi iştirak etməklə demokratiya nümunəsi" göstərdiyi ifadə edilib və İmamoğluna təbrik mesajı verilib.
Səfirlik tərəfindən paylaşılan açıqlama bu şəkildədir: "Seçkidə kütləvi iştirak etməklə demokratiyanın təsir edici bir nümunəsini nümayiş etdirən İstanbul sakinləri dünən səslərini bəyan etməlk üçün seçki məntəqəsinə getdilər. Avropanın ən böyük şəhərini idarə edəcək olan Əkrəm İmamoğluna ən yaxşı diləklərimizi ərz edirik".
Müxalifət.az