ABŞ-dan KRİTİK TÜRKİYƏ AÇIQLAMASI

Baxış sayı:
4708

ABŞ-dan yüksək səviyyəli bir səlahiyyətli, dünən bir qrup Türk jurnalisti ilə etdiyi söhbətdə ABŞ ilə Rusiya arasında münasibətlərin gərginləşdiyi bir prosesdə Türkiyə ilə bağlı həlledici bəyanatlar verib.
 
Amerikalı səlahiyyətli, ABŞ ilə Rusiya arasında Suriyadakı kimyəvi hücum sonrasında gərilən və qarşılıqlı təhdidlərin gündəmə gəldiyi böhranda Türkiyənin tərəf tutması kimi bir problem görmədiklərini ifadə edib.
Türkiyənin NATO üzvü olmasına işarə edən səlahiyyətli, "Türkiyə ilə möhkəm ittifaq əlaqəmizin olduğuna inanırıq" deyib.
Səlahiyyətli, Suriyadakı prosesləri qiymətləndirərkən, "Suriyada, Şimali İraq bənzəri bir Kürd müxtariyyəti, yaxud Kürd kantonu nəzərdə tutmuruq" - deyib.
 
TRAMPDAN YENİ YOL XƏRİTƏSİ DİREKTİVİ
 
Səlahiyyətli, ABŞ əsgərlərinin prezidenti Donald Trampın bəyanatı çərçivəsində Suriyadan çəkiləcəyini dilə gətirərək, "Təhlükəsizlik vəziyyəti sabitliyə nail olmadan çəkilmənin həyata keçirilməsini nəzərdə tutmuruq" - deyib. Amerikalı səlahiyyətli, ABŞ-ın Türkiyə ilə birlikdə Suriyada Türkiyənin təhlükəsizlik narahatlıqlarını aradan qaldıracaq yeni bir yol tapmaq istədiyini vurğulayıb.
Amerikalı səlahiyyətli, Türkiyədə fövqəladə vəziyyətin qalxmasını gözlədiklərini deyərək "Aralarında ABŞ firmalarının da olduğu çoxlu sayda beynəlxalq şirkət, yalnız Fövqəladə vəziyyətə görə, Türkiyəyə sərmayə qoymaqdan çəkinirlər" deyə, söyləyib.
Türkiyənin Rusiyadan S-400 raket sistemi alması ilə bağlı suallara da cavab verən səlahiyyətli, bu razılaşmaya sanksiya qanununun tətbiq olunacağına işarə edib.
 
"DAHA NİKBİNƏM”
 
Sonra ABŞ rəsmisi bunları deyib: "Bir neçə ay əvvəl olsa, iki ölkə arasındakı əlaqələrin pis vəziyyətdə olduğunu söyləyərdim. Keçmişə görə, bu an çox daha nikbinəm. Məncə, liderlərimiz münasibətlərin düzəldilməsində qərarlıdırlar. Biz Suriyada, Türk müttəfiqlərimizlə yeni bir yol tapmaqda qərarlıyıq".
ABŞ rəsmisi "Rusiyanı seçdiyi üçün narahat deyilik, bu, Türkiyənin müstəqil qərarıdır. Türkiyə, əgər S-400 yerinə Patriot almağa qərar verərsə, Konqresdən keçməsi asanlaşacaqdır. Mən olsaydım Patriot və S-400-lərin ikisini birdən almazdım" deməklə, əslində Türkiyəyə əba altından zopa göstərib.
Müxalifət.az