ABŞ-dan kritik telefon zəngi: Qərarınızı geri götürün!

Baxış sayı:
5755

ABŞ-ın vitse-prezidenti Mayk Pens, səfirliyini Qüdsdən Təl-Əvivə qaytarma qərarı verən Paraqvay dövlət başçısı Mario Abdo Beniteziyə zəng edərək qərarını geri götürməsini istəyib.
 
Ağ Evdən edilən yazılı açıqlamada, ABŞ vitse-prezidenti Mayk Pensin, Paraqvay dövlət başçısı Mario Abdo Beniteziyə zəng vurduğu qeyd olunub.
Pence ilə Benitezinin, Paraqvayın İsraildəki səfirliyini qaytarma qərarını müzakirə etdiyi bildirilən açıqlamada, "Vitse prezidentin, güclü bir şəkildə Beniteziyə, Paraqvayın ABŞ və İsrail ilə güclü əlaqəsinin tarixi bir göstəricisi olan qərarını davam etdirməsi çağırışı edib" deyə, bildirilib.
Dövlət başçısı Benitezi isə Paraqvay ilə İsrailin münasibətlərinin davam edəcəyini bildirdiyi qeyd edilib.
Qeyd edək ki, ABŞ və Qvatemaladan sonra 21 mayda Təl-Əvivdəki səfirliyini Qüdsə köçürən Paraqvay, səfirliklərini dünən yenidən paytaxt Təl-Əvivə qaytarma qərarı vermişdi.
Paraqvayın XİN rəhbəri Castiglion, mövzuyla bağlı etdiyi açıqlamada, "Paraqvay, Orta Şərqdə geniş, ədalətli və daimi bir sülhə nail olmaq üçün regional diplomatik səylərin cəmləşməsinə kömək etmək istəyir" deyə, bildirmişdi.
Müxalifət.az