ABŞ-dan kritik PKK açıqlaması

Baxış sayı:
12520

 ABŞ rəhbərliyi 5 ildən bir aparılan qiymətləndirmələrdən sonra 1997-ci ildə Xarici Terror Təşkilatları (FTO) siyahısına alınan PKK-nın siyahıda qalmağa davam edəcəyini açıqlayıb.
 
Bu barədə ABŞ Xarici İşlər Nazirliyi yazılı bir açıqlama verib.
PKK-nın 20 ildən çox bir müddətdir terror təşkilatları siyahısında olduğu ifadə edilən açıqlamada, ABŞ-ın bu müddət ərzində PKK təhlükəsinə qarşı Türkiyə və müttəfiqləri ilə birgə çalışdığı xatırladılıb.
Açıqlamada bunlar qeyd olunub:
“ABŞ PKK-nın Avropa və başqa yerlərdəki maliyyə fondları təmin etmə əməliyyatları ilə mübarizə də daxil olmaqla, NATO müttəfiqi Türkiyə ilə olan tərəfdaşlığımıza güclü bağlılıq göstərir. Bu günkü qərar ABŞ xalqına və beynəlxalq ictimaiyyətə PKK-nın terror təşkilatı olaraq qaldığını bildirir. Bundan başqa, PKK Xarici Terror Təşkilatları siyahısına əlavə olaraq 2001-dən bəri Xüsusi Olaraq Müəyyən Edilmiş Qlobal Terrorçu siyahısında da yer alır".
Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyi terror siyahısına aldığı xarici qrupları 5 ildə bir dəyərləndirir. PKK ən son 2013-cü ildə qiymətləndirilmiş və hər iki siyahıda də qalmasına qərar verilmişdi.
Müxalifət.az