ABŞ-dan kritik F-35 açıqlaması

Baxış sayı:
2188

 F-35 Müştərək Hücum Təyyarəsi Proqramının direktor müavini admiral Mat Winter, F-35 Proqramı ofisində jurnalistlərə etdiyi açıqlamada, Türkiyənin F-35 Beşinci Nəsil Müştərək Hücum Təyyarəsi Proqramında iştirakına dair hər hansı bir dəyişiklik olmadığını bildirərək, "Daha iki təyyarənin 2019-un mart ayında təslim edilməsini gözləyirik. 100 təyyarənin təhvilində bir dəyişiklik olduğuna dair hər hansı bir işarə yoxdur" deyə, bildirib.
 
HESABAT VERİLMİŞ
 
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) büdcəsində, Pentaqonun 90 gün ərzində Türkiyə ilə bağlı Konqresə hesabat təqdimetmə şərtini xatırladan Winter, "Hesabat üçün texniki və proqrama dair məlumatları təmin etmişik və hesabat 90 gün ərzində təqdim ediləcək" deyib.
Qeyd edək ki, Türkiyə, iyun ayında iki F-35 müharibə təyyarəsini təhvil almışdı.
2002-dən bəri proqramın iştirakçı ölkələri arasında yer alan Türkiyə, 100 ədəd F-35 döyüş təyyarəsi almağı təəhhüd edir.
Müxalifət.az