ABŞ-dan kritik açıqlama: Türkiyəyə BORCUMUZ VAR

Baxış sayı:
2182

ABŞ xarici işlər naziri Reks Tillerson, ölkəsinin Suriyada “Sərhəd Təhlükəsizlik Gücü” qurma səyləri ilə bağlı yeni bir açıqlama verib.
 
ABŞ-ın dövlət katibi Reks Tillerson, Türkiyənin Suriya məsələsindəki narahatlıqlarını eşitdiklərini və ciddiyə aldıqlarını deyib.
Kaliforniyada Stanford Universitetində Tramp rəhbərliyinin Suriya siyasəti haqqında çıxış edən Tillerson, "NATO müttəfiqimiz Türkiyənin narahatlıqlarını duyur və ciddiyə alırıq. Türkiyənin, IŞİD-in məğlubiyyətə uğradılması, milyonlarla Suriyalı qaçqına verdiyi dəstəklər və liberallaşdırılmasına kömək etdikləri Suriyadakı regionların sabit hala gətirilməsi səylərində insanı xidmətlərini və hərbi qurbanlarını təqdir edirik. Suriya üçün, qonşuları üçün təhlükəsizliyi təmin edəcək yeni bir gələcəyə qovuşması yolunda Türkiyə ilə yaxın əməkdaşlığa malik olmalıyıq" deyə, bildirib.
Tillerson, "Terrorla mübarizə məsələsində, Türkiyə kimi tərəfdaşlarımızla birlikdə işləməyi davam etdirəcəyik. İdlibdəki terror təhdidi və PKK terrorçuları ilə bağlı Türkiyənin qayğılarını dəyərləndirmək üçün Türkiyə kimi müttəfiqlərlə birlikdə çalışmağa davam edəcəyik. Əl-Qaidə, İdlibdə yeni bir əməliyyat mərkəzi yaratmaq niyyətindədir. Bu təhdidi təsirsiz hala gətirmək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla əlimizdən gələni edirik" deyib.
ABŞ-ın, IŞİD ilə mübarizədə Suriya Demokratik Qüvvələrinin böyük qurbanlarını da təqdir etdiyini bildirən Tillerson, "Ancaq onların döyüş sahəsindəki qələbələri, şərq və şimali Suriyadakı müxtəlif etnik mənşələri təmsili, yerli idarəetmə çətinlikləri kimi məsələləri həll etməyə yetməz. Suriyada bütün qruplara söz haqqı tanıyan müvəqqəti yerli siyasi aktlar beynəlxalq dəstəklə ortaya çıxmalıdır. Hər cür müvəqqəti anlaşma həqiqi mənada təmsiliyətçi olmalı və Suriyanın qonşu ölkələrini təhdid etməməlidir. Bu bölgələrdəki Suriyalıların səsləri də Cenevrədə və Suriyanın gələcəyi ilə bağlı müzakirələrdə eşidilməlidir" deyib.
Çıxışında tez-tez Suriya prezidenti Bəşər Əsədə qarşı iradlar yönəldən Tillerson, ABŞ-ın Suriyadan uzun müddət əsgərlərini çəkməyəcəyi siqnallarını da verib. İŞİD-in yenidən güc qazanmasının qarşısını almaq üçün Amerika əsgərlərinin Suriyada olmasının əhəmiyyət daşıdığını bildirən Tillerson, ABŞ-ın 2011-ci ildə İraqdan Amerikalı əsgərlərini çəkərkən etdiyi səhvə bir daha düşməyəcəyini, "tarixin təkrar olunmasına imkan verməyəcəklərini" deyib. Tillerson, "Açıq danışaq, ABŞ IŞİD-in yenidən ortaya çıxmaması üçün yaxın gələcəkdə Suriyadakı hərbi varlığından imtina etməyəcək. Oradakı hərbi mövcudluğumuz tamamilə şərtlərə bağlıdır" deyib.
Müxalifət.az