ABŞ-dan kritik açıqlama: “Ordumuz Suriyadan çəkilməyəcək”

Baxış sayı:
4540

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Con Bolton, İrana bağlı hərbi qüvvələr Suriyadan ayrılmadıqça, ABŞ ordusunun da bölgədə qalmağa davam edəcəyini bildirib.
 
Con Bolton, Rusiyanın Suriyaya inkişaf etmiş raket əleyhinə müdafiə sistemi verməsinin "böyük səhv" olacağını qeyd edib.
Bolton, "İran hərbçiləri İran sərhədləri xaricində var olduqca biz də Suriyadan ayrılmayacağıq. Bu İran adına vəkalətən döyüşənləri və milisi də
əhatə edir" deyib.
Bolton İranın bölgədəki təsirini itirənə qədər ABŞ qüvvələrinin Suriyadan ayrılmayacağını qeyd edib.
Müxalifət.az