ABŞ-dan kritik açıqlama: “Hərbi əməliyyat dərhal dayandırılmalıdır”

Baxış sayı:
2629

ABŞ-ın xarici işlər naziri Mayk Pompeo ölkəsinin general Hafterin Liviyanın Tripoli şəhərinə yönəlik hərbi hərəkatına qarşı olduğunu ifadə edərək "hərəkatın dərhal dayanması" çağırışı edib.
 
Pompeo açıqlamasında, "ABŞ Tripoli yaxınlarındakı qarşıdurmalardan dərin narahatlıq keçirir. General Hafter güclərinin hərbi hücumuna qarşı olduğumuzu açıq şəkildə söylədik və Liviyanın paytaxtına yönəlik hərbi əməliyyatların dərhal dayanması çağırışı edirik. Qüvvələr hücumdan əvvəlki öz mövqelərinə qayıtmalıdırlar.
Liviyadakı bütün tərəflərin gərginlikləri azaltmaq mövzusunda məsuliyyətləri olduğunu qeyd edən Pompeo, Hafterin tək tərəfli hücumunun vətəndaşları təhlükəyə atması ilə bərabər, Liviyanın gələcəyini də təhdid etdiyinə diqqət çəkib.
Qeyd edək ki, Liviyanın şərqindəki hərbi güclərin lideri general Hafter 4 apreldə Tripolini ələ keçirmək üçün hücum başlatdıqlarını açıqlamışdı.
Müxalifət.az