ABŞ-dan İstanbul seçkiləri üçün qəribə açıqlama!

Baxış sayı:
5332

 ABŞ Xarici İşlər Nazirliyi 23 iyunda təkrarlanmasına qərar verilən İstanbul seçkiləri ilə bağlı bəyanat yayıb.
 
Açıqlamada bu ifadələrə yer verilib:
“Azad və ədalətli seçkilər ilə qanuni seçki nəticələrinin qəbul edilməsi hər bir demokratiya üçün əsasdır.
Mərkəzi Seçki Komissiyası 31 martda İstanbulda baş tutan seçkilərin nəticələrini təsdiq etdikdən sonra yenidən seçki qərarı verdi. Biz də Türkiyənin digər dostları kimi, bu qeyri-adi qərarı qeyd etdik.
Türkiyənin uzun və şərəfli bir demokratiya keçmişi var. Türk rəsmiləri bu seçki prosesini qanunlara, ATƏT-in öhdəliklərinə, NATO müttəfiqi statusuna və Aİ-yə üzv olma istəyinə uyğun şəkildə aparmağa çağırırıq”.
Müxalifət.az