ABŞ-dan İsrailə ŞOK: Bundan sonra israillilərə aid evlər...

Baxış sayı:
5065

İnternet vasitəsilə rezervasiya və qonaqlama xidməti verən ABŞ-ın “Airbnb” şirkəti Suriyanın blokada şəraitindəki Qərbi Şəriədə israillilərə aid bütün evləri siyahılarından çıxarıb.
Muxalifet.az xəbər verir ki, şirkət bu evlərə internet saytlarında yer verməyəcəklərini bildirib. Buna səbəb olaraq şirkət həmin bölgənin İsraillə Fələstin arasındakı gərginliyin mərkəzi olduğunu göstərib.
“Qlobal şirkətlərin bir çoxu insanların evlərindən qovulduğu ölkələrdə iş görüb qazanc əldə edilməsinə qarşıdır. Biz də bu qaydalara uyğun hərəkət edəcəyik”-, “Airbnb” açıqlamasında qeyd edib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Qərbi Şəriədəki İsrailə aid yaşayış yerlərini beynəlxalq hüququn pozulduğu ərazi kimi tanıyır.