ABŞ-dan İraqa təəccüblü çağırış: DİRƏNİN VƏ MÜSTƏQİL OLUN

 ABŞ xarici işlər naziri Tillerson, İraq bnaziri Heydər el-İbadiyə müraciət edərək, İraqı İran təsirinə qarşı müqavimət göstərməyə və öz ayaqları üzərində durmağa dəvət edib.
 
Tillerson İsveçrənin Cenevrə şəhərində iştirak etdiyi bir toplantıda İraqdakı son vəziyyətə dair bəyanatlar verib.
 Tillersonun İraqa etdiyi müraciətdə, "İran təsirinə qarşı müqavimət göstərin və öz ayaqlarınız üzərində dayanmağa çalışın" deyərək, onları "müstəqil" hərəkət etməyə təşviq etməsi diqqətlərdən qaçmayıb.
Sonra Tillerson bildirib ki, İraqın İranla uzun bir sərhədi və çoxəsrlik bir keçmişi olduğunu qəbul etmək lazımdır. Bu iki ölkə arasındakı bütün münasibətləri ortadan qaldıracaq deyilik. Ancaq İraqa da bunu tövsiyə edirik; “Öz ayaqları üzərində dayanacaq bir vəziyyəti inkişaf etdirməli və (İran mənşəli) bu təsirə müqavimət göstərməlisiniz. İraqlılar Ərəbdir, Fars deyil. İstər Sünni, istər Şiə olsun, İraqlılar Ərəbdir. Səudiyyəlilərin də çox keçmişə söykənən qəbilə qardaşlığı var, (İraqlılarla) yenidən əlaqə yaratmağa istəkli olduqlarını düşünürəm".
Müxalifət.az