ABŞ-dan İranı küncə sıxışdıracaq addım

Baxış sayı:
14041

ABŞ-ın İrana qarşı yeni sanksiya dalğası iqtisadi böhranı dərinləşdirəcək. Dünyaya iqtisadi müharibə başladan Donald Trampın İrana qarşı yeni iqtisadi sanksiyaları bu gün başlayır. ABŞ prezidenti Donald Trampın bu gündən etibarən İrana yeni sanksiyalar tətbiq ediləcəyini bəyan etməsindən sonar atılacaq addımlarla ölkədə davam edən iqtisadi böhranın daha da dərinləşməsi gözlənilir. Davam edən embarqolar nəticəsində ABŞ təzyiqi ilə bir çox ölkədə xidmət edən çox millətli şirkətlər İranla ticari əlaqələrini dayandırıb. ABŞ-ın İrana yönəlik sanksiyalarından azad tutduğu, bu ölkədən neft və təbii qaz alan səkkiz ölkə üçün nəzərdə tutduğu altı aylıq müddət 2 mayda bitməsindən sonra sanksiyalar dövrəyə alınmışdı. Başda neftdə olmaqla, İran istehsalı olan və strateji dəyəri olan əmtəələrin qiymətində bir aşağı düşmənin baş verməsi ölkə iqtisadiyyatına mənfi əks olunub. ABŞ rəhbərliyinin embarqonun dozasını artırmağa yönəlik siyasətləri və Trampın bu ölkəyə hərbi müdaxilənin masada olduğuna dair açaıqlamasından sonra bu gün dövrəyə girməsi gözlənilən yeni embarqoların İran xalqının gündəlik həyatına da dərindən təsir etməsi düşünülür. İranlı səlahiyyətlilər isə etdikləri açıqlamalarda, ABŞ embarqolarını qəbul etmədiklərini söyləyir. Açıqlanmalarda verilən əsas mesaj isə "Biz bütün qonşularımızla əməkdaşlıq edirik. ABŞ isə bölgədə qarışıqlıq istəyir. ABŞ İranı təhrik etmək üçün hər yolu sənaqdan keçirir. ABŞ İrandan neft alan ölkələri cəzalandırır' deyə qeyd edirlər. Bu gün gündəmə gələcək embarqonun əhatə dairəsi isə yenə ABŞ rəhbərliyi tərəfindən müəyyən olunub. Bir çox Qərbli ölkənin də buna boyun əyməsi gözlənilir. Müxalifət.az