ABŞ-dan İrana təhdid: ƏGƏR NÜVƏ MÜQAVİLƏSİ DÜZƏLDİLMƏSƏ..

Baxış sayı:
4609

ABŞ-ın vitse-prezidenti Mayk Pens, "İranla aparılan nüvə müqaviləsi yaxın aylarda düzəldilməsə, ABŞ müqavilədən bir an əvvəl çəkiləcək" deyib.
 
Bu fikri ABŞ-ın vitse-prezidenti Mayk Pens, ABŞ-dakı İsrail tərəfdarı olan hərəkatların ən böyük toplantısı olaraq görülən və ötən bazar günü başlayan AIPAC 2018 Konfransında bildirib.
Təhlükəli təxribatların, ABŞ, İsrail və müttəfiqləri tərəfindən gözardı edilməyəcəyini bildirən Pens, "İranla aparılan nüvə müqaviləsi yaxın aylarda düzəldilməsə, ABŞ müqavilədən bir an əvvəl çəkiləcək" deyə, İranı təhdid edib.
Pens, ABŞ-ın İranın digər bölgələrdəki aqressiv davranışlarına qarşı mübarizə edəcəyini dilə gətirərək, "İŞİD-in məğlubiyyətinin İranın qələbəsinə çevrilməsinə imkan verməyəcəyik" deyə, bildirib.
Pens, ABŞ prezidenti Donald Trampın Qüdsü "İsrailin paytaxtı" olaraq tanımasına da toxunub.
Trampın, verdiyi sözdən artığını yerinə yetirdiyini qeyd edən Pens, "Bu ilin may ayında ABŞ-ın Qüdsdəki səfirliyini açacağıq. Trampın qərarı ABŞ-ın mənfəətləri və eyni zamanda sülh adına alınmış bir qərardı. Gerçəkləri hekayələrə tərcih etdik və məhz gerçəkləri tam sülhün təmin olunmasının əsas mənbələri olacaq" deyə söyləyib.
Müxalifət.az