ABŞ-dan İrana sərt təpki: Limiti aşdınız!

Baxış sayı:
4426

ABŞ rəhbərliyi zənginləşdirilmiş uran limitini nüvə razılaşmasında ifadə edilən 300 kiloqram saxlama limitini aşdığı üçün İrana sərt təpki veriv.
 
Ağ Ev ilə ABŞ Xarici İşlər Nazirliyi İranı nüvə razılaşmasındakı limiti aşdığı üçün qınayıb.
Ağ Evin Mətbuat Ofisindən edilən açıqlamada, İranın hər hansı bir səviyyədə uran zənginləşdirməsinə icazə verilməsinin böyük bir səhv olduğu qeyd edilərək Tehranın razılaşmadan əvvəl də razılaşma şərtlərini pozduğu bildirilib.
 
"İRANIN NÜVƏ SİLAHI ƏLDƏ ETMƏSİNƏ İCAZƏ VERMƏYƏCƏYİK"
 
Açıqlamada, "ABŞ və müttəfiqləri İranın nüvə silahı əldə etməsinə əsla icazə verməyəcək" deyə qeyd edilib.
İrana qarşı "maksimum təzyiq" kampaniyasının davam edəcəyi vurğulanan açıqlamada, "İran rejimi nüvə fəaliyyətindən imtina etməlidir" ifadəsinə yer verilib.
Digər yandan, yazılı bir açıqlama verən ABŞ Xarici İşlər naziri Mayk Pompeo da İrana uran saxlama limitini aşmaması çağırışı edib.
İranı "regional mənada terrora sponsor olmaqla" günahlandıran Pompeo, "Heç bir nüvə razılaşması İran rejiminə heç bir səviyyədə uran zənginləşdirməsinə imkanı tanımamalıdır" deyə qeyd edib.
 
"ABŞ MÜZAKİRƏYƏ HAZIRDIR"
 
Pompeo "ABŞ İranın beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhlükəni aradan qaldırmaq üçün bu ölkəylə yeni və əhatəli bir razılaşma müzakirəsi etməyə hazırdır" deyə söyləyib.
Qeyd edək ki, İran rəhbərliyi, zənginləşdirilmiş uran limitini nüvə razılaşmasında ifadə edilən 300 kiloqram saxlama limitini aşdığını bəyan etmişdi.
Müxalifət.az