ABŞ-dan İrana şantaj: GƏLİB MASAYA OTURSUNLAR

Baxış sayı:
6316

ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik müşaviri Con Bolton, "Tehranın sanksiyalardan qaçmasının yeganə yolu, Trampın danışıq təklifini qəbul etməsidir" mesajını verib.
 
“Fox News”-a müsahibə verən Bolton, prezidentin nüvə müqaviləsini ləğv edib, sanksiyaları yenidən tətbiq etməsi qarşısında İranın nə edə biləcəyi sualına, “Prezidentin onlara təklif etdiyi danışıqlar masasına oturmağı qəbul edərlər” deyərək belə davam edib:
“Balistik raket və nüvə silahı proqramlarını bütünlüklə və həqiqətən təsdiq ediləcək şəkildə dayandırmaları təklifini qəbul etməlidirlər. Əlbəttə, İranla nüvə müqaviləsinin mürəkkəb şərtlərinə görə yox, o, həqiqətən qənaətbəxş deyildi”.
Bolton, “Ayətullahlar məngənədən çıxmaq istəyirlərsə, gəlib masaya otursunlar” vurğusu edərək “Qətiyyətimizi kiçik görməsinlər, nüvə silahı ardınca qaçmağı və bəhs etdiyim bütün digər fəaliyyətləri dayandırana qədər onlara təzyiq göstərəcəyik. Bu məsələdə çox ciddiyik” deyə vurğulayıb. İran həqiqətən ciddiysə, danışıq masasına oturur. Nə qədər ciddi olduqlarını da görəcəyik” deyə əlavə edib.
 
REJİM DƏYİŞİKLİYİ SİYASƏTİ YÜRÜTMÜRÜK
 
“Biz rejim dəyişikliyi siyasəti güdmürük, İran hökumətinə davranışını dəyişməsi üçün bənzəri görülməmiş bir təzyiq tətbiq etmək istəyirik, amma indiyə qədər davranışlarını dəyişməyə hazırlaşdıqlarına dair bir işarə göstərməyiblər” deyən Bolton, İran rejiminin ayaqları altındakı zəminin fəna halda sallandığını bildirib.
 
ETİRAZLAR ÖZ SİSTEMLƏRİNƏ QARŞIDIR
 
İranda iqtisadi sıxıntıların social etirazları tətikləyərkən, Bolton, bu aksiyaların ABŞ-dan deyil, İran liderliyindən və iqtisadi tənəzzüldən duyulan narazılıqdan irəli gəldiyini söyləyib.
Müxalifət.az