ABŞ-dan İrana qarşı SENSASİON ADDIM - Bu, ilk dəfə olur
6-04-2019 12:30
Baxış sayı:
8875
ABŞ İran İnqilab keşikçiləri Ordusunu terror təşkilatı elan edəcək.
Bu barədə ABŞ-ın “Wall Street Journal” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Donald Tramp höküməti İran silahlı qüvvələrinə bağlı quru, hava, dəniz və raket qüvvələri olan İran İnqilab keşikçiləri Ordusunu xarici terror təşkilatları sırasına daxil edəcək.
Bu məlumatı Röyters agentliyi 3 müxtəlif mənbədən dəqiqləşdirib. Ağ Ev belə bir addım atmaqla ilk dəfə bir ölkənin ordusunu terror təşkilatı elan etmiş olacaq./Publika.az