ABŞ-dan illər sonra gələn bomba etiraf: Obama Əsədin devrilməsinə...

Baxış sayı:
7783

Keçmiş ABŞ prezidenti Barak Obama dövründə Müdafiə Nazirliyində (Pentaqon) müşavir köməkçisi olan Endryu Exum, 2015-ci ildə Bəşşar Əsəd rejiminin hakimiyyətdən birdən devrilməməsi üçün ABŞ-ın Rusiya ilə danışıqlar apardığını açıqlayıb.
 
 ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində bir iclasa qatılan Exum, Obama dövründə ABŞ-ın Suriyaya baxışına dair önəmli açıqlamalar verib. ABŞ-ın Suriyada Əsəd rejiminin yıxılmasından qorxduğunu bildirən Exum, xüsusən 2015-ci ildə bu qorxunun üst səviyyəyə çıxdığını bildirib. Exum "O dövrdə Suriya məsələsində Rusiya ilə əməkdaşlıq etmək fikri mənim olduğum nazirlikdə qəbul edilmirdi, ancaq birbaşa prezidentdən tapşırıq gələndə əlimizdən gələni etdik. Bu proses 2015-ci ilin yayında başlayıb və (Pentaqondakı) ofisim bizim Suriyada “destruktiv uğur” - deyə qiymətləndirdiyimiz ssenari üçün qurumlar arası əlaqələndirməyə başladı" deyib.
 
OBAMA ƏSƏDİ SEÇDİ
 
 Exum o tarixdə Obamanın "Əsəd rejiminin qəflətən düşməsinin həm Suriyada tam qeyri-müəyyənliyə səbəb olmasından, həm də İsrailin təhlükəsizliyini təhlükəyə salmasından" narahat olduğunu qeyd edib. Bu narahatlıqla Obamanın Əsəd rejimi yıxılmasın deyə Rusiya ilə təmasa keçilməsi tapşırığını verdiyini bildirən Exum, nəticədə Əsədin devrilmədiyini ifadə edib.
 
İsrailin təhlükəsizliyi və İŞİD-ın məğlub edilməsi
 
 ABŞ-ın Suriyada iki əsas məqsədinin olduğunu deyən Exum, "Nəticədə Rusiya və tərəfdaşları bu döyüşü qazandı. Biz isə öz maraqlarımızı öncələdik: bunlar İsrailin təhlükəsizliyini təmin etmək və İŞİD-a qalib gəlmək idi" deyə şərh edib.
Sözügedən danışıqların detallarına varmayan Exum, o dövrdə ABŞ-ın Rusiya ilə Suriya məsələsində hansı bir iş birliyi içində olduğunu ortaya qoyan nadir yüksək səviyyəli şəxslərdən biri olduğunu deyib.
Müxalifət.az