ABŞ-dan ikili standart: GEOSİYASİ MARAQLAR İNSAN HAQLARINI ÜSTƏLƏDİ

Baxış sayı:
2527

ABŞ-ın dövlət katibi Mayk Pompeo, daha əvvəl müzakirə edilən insan hüquqlarının tapdanması ilə bağlı narahatlıqlara baxmayaraq Misirə verilməsi planlaşdırılan 1,2 milyard dollarlıq hərbi yardımın sərbəst buraxılmasına icazə verib.
 
Mayk Pompeonun Konqresin 2016 büdcə ili üçün təsdiq etdiyi, ancaq keçmiş dövlət katibi Reks Tillersonun davam edən insan haqları problemləri səbəbindən dondurmuş olduğu 195 milyon dollarlıq hərbi yardım da sərbəst buraxdığı açıqlanıb.
 
ABŞ, MİSİR İLƏ ƏMƏKDAŞLIĞINI ARTIRACAQ
 
Pompeo, Tramp rəhbərliyinin hələ də Misirdəki insan hüquqları vəziyyəti ilə bağlı ciddi narahatlıqları olduğunu və bu narahatçılıqları Misirli yüksək səviyyəli rəsmiləri ilə bölüşməyə davam edəcəyini deyib. Misir ilə təhlükəsizlik üzrə əməkdaşlığını gücləndirməyin ABŞ milli təhlükəsizliyi üçün əhəmiyyətli olduğunu vurğulayan Pompeo, "FMF fondlarının öhdəliyini və xərclərini vermək, Misir ilə təhlükəsizlik əməkdaşlığımızı gücləndirmək üçün mühümdür" deyib. Misirə ödənilməsi planlaşdırılan 1,2 milyard dolların 2018 büdcə ili üçün 1 milyard dollar və 2017-ci il üçün təsis edilən 195 milyon dollarlıq hərbi yardım olduğu bildirilib. Pulun 30 sentyabra qədər ABŞ xəzinəsindən çıxması lazımdır, əks təqdirdə Misirə ödəniş edilməyəcəyi bildirilib.
Müxalifət.az