​ABŞ-dan HƏYƏCAN TƏBİLİ: “Belə getsə, 2025-ə qədər rus ordusu...”

Baxış sayı:
4495

ABŞ-ın Avropada hərbi birlikləri 2025-ci ilə qədər Rusiyaya qarşı hərbi üstünlüyünü itirəcək.
Teleqraf.com ABŞ-ın internet qəzeti “Defense One”yə istinadən xəbər verir ki, bu fikri NATO-nun Avropa Müttəfiq Qüvvələr Komandanı, general Kurits Skaparrotti Rusiya ordusunda moderinizasiyanın sürətlə aparılması haqda danışarkən deyib.
General qeyd edib ki, rus ordusunun həyata keçirdiyi moderinizasiyanın sürəti ilə müqayisədə ABŞ silahlı qüvvələrin yenilənmə tempini aşağı sala bilməz:
“Əks halda onlar 2025-ci ilə qədər ordumuza bütün istiqamətlərdə meydan meydan oxuyacaq. Moskva istəsə, Şimal Dənizi yolu üzərində nəzarət qura biləcək. ABŞ isə bu istiqamətdə geridə qalır”.
“Defense One” qeyd edib ki, Avropa Müttəfiq Qüvvələr Komandanlığı ötən illə müqayisədə büdcənin iki dəfə artırılması məqsədilə 6,5 milyard dollar tələb edib. Bu maliyyənin hava, quru və dəniz qüvvələrinin müharibə hazırlığı imkanlarının inkişaf etdirilməsi üçün xərcləməyə planladığını ifadə edib.
Rand Koorporasiya Analitik Mərkəzinin bundan əvvəl yaydığı hesabatı xatırladan “Defense One” qeyd edir ki, bu hesabata əsasən, Rusiya son 10 il içərisində NATO ilə arasında olan texnoloji fərqi azaldıb, Moskva eyni zamanda Avropa qrupunu böyütməyə davam edib və Suriyadakı hərbi imkanlarını artırıb.