ABŞ-dan hüquqi nihilizm: YPG terrorçuları ilə “rəsmi” müqavilə imzalayıb

Baxış sayı:
4423

ABŞ Suriyada terror təşkilatı YPG/PKK işğalındakı bölgələrə silah, sursat və hərbi ləvazimat göndərilməsi ilə paralel, təşkilatın ABŞ-ın beynəlxalq səhiyyə təşkilatlarından tibbi maddi-texniki dəstək almaq üçün ön razılaşma imzaladığı ortaya çıxıb.
 
“Habertürk”-un bölgədəki mənbələrdən əldə etdiyi məlumatlara görə, ABŞ səhiyyə təşkilatları, Dərində, Sincar, Qamışlı və Kobanidə tibbi təlim mərkəzləri yaradacaq. Əsas təlimin isə təcili hallarda müdaxilə təlimi veriləcəyi müəyən olunub. Təlim prosesinin uzun müddətli olması terror təşkilatı tərəfindən tələb olunduğu bildirilir.
PKK/ YPG terror təşkilatının nəzarətindəki Fəratın şərqinə son bir ayda təxminən 1600 TIR dolu silah və maddi-texniki təhcizat daşıyan ABŞ, 2016-dan bu yana hərbi və ağır silahlardan istifadə üçün təlimlər verdiyi terrorçulara, indi də təcili vəziyyətdə tibbi müdaxilə, döyüş sahələrində yaralılara yardım və cəbhə arxasında kiçik və orta səviyyəli əməliyyat şərtlərinin yer aldığı təlimlərə başladığı bildirilir.
ABŞ diplomatik şəxslərlə, YPG/PKK terror başçılarının imzaladığı, Ərəbcə olaraq qeydə alınan müqavilə mətnində, "Biz Rojava-Suriyada YPG olaraq, hərbi tibb, təcrübə əldə etmək və maddi-texniki dəstək almaq məsələsində Kasl İnternəşnl LLC of Arizona USA ilə uzun müddətli müqavilə imzalamaq istədiyimizi bəyan edirik" ifadələri yer alır.
Məlumatlara görə, ön razılaşma mətnindən dərhal sonra ABŞ-ın Bağdad səfirliyinə bağlı 4 nəfərlik bir heyətin Qamışlıya gəldiyi, regionda ikinci bir görüş həyata keçirdiyi və təsis olunacaq bölgələri və 7 tibb sahəsini gəzdiyi qeyd edilib.
Bölgədəki mənbələrin verdiyi məlumata görə, terrorçularala müqaviləyə imza atan ABŞ səhiyyə təşkilatı dekabr ayına qədər ərazidə yerləşəcək və 3 il müddətində tibbi təlimlərini davam etdirəcək.
Müqavilə mətnində diqqət çəkən iki mühüm nöqtədən ilki tibbi təlimə cəlb ediləcək terrorçuların mənşəyinin yalnız Suriyalı olmasının şərt qoşulmamasıdır. Yəni bu Qəndildən birbaşa PKK-lı qrupların bölgəyə gəlib, tibb təlimi almasının önündə hər hansı bir maneə olmadığını ortaya qoyur. Digər diqqət çəkən məqam isə ön razılaşma mətni və müqavilənin ABŞ-ın dəstək verdiyi SDG ilə deyil, birbaşa YPG ilə imzalanmasıdır.
Müxalifət.az