ABŞ-dan Fətullah Gülənin qaytarılması ilə bağlı açıqlama

Baxış sayı:
4789

ABŞ rəhbərliyinin, FETÖ-nun başçısı Fətullah Gülənin ekstradisiyasına dair qanuni yolları axtardığı iddia edilib. Ancaq ABŞ Xarici İşlər Nazirliyindən edilən açıqlamada, Trampın belə bir göstəriş vermədiyi bildirilib.
 
Qeyd edək ki, Amerikanın “NBC News” telekanalı, Donald Tramp rəhbərliyinin, FTB və nazirliklərə Gülənin ekstradisiyası ilə bağlı nələr edilməsinin araşdırılması təlimatını verdiyini iddia etmişdi.
 ABŞ Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı edilən açıqlamada, "Ağ Ev Gülənin ekstradisiyası ilə bağlı hər hansı bir görüş keçirmədi. Türkiyədən gələn sənədlərin araşdırılması davam edir" deyə qeyd edilib.
Müxalifət.az