ABŞ-dan Fələstinlə bağlı ŞOK QƏRAR

Baxış sayı:
2098

Birləşmiş Ştatların Prezident Administrasiyası BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Kömək və Sosial İnkişaf Agentliyinin (UNRWA) maliyyələşdirilməsini tamamilə dayandırmağı planlaşdırır.

B barədə mənbələrə istinadən "The Washington Post" nəşri yazıb.

Bildirilir ki, qərar yaxın bir neçə həftə ərzində elan olunacaq.

Nəşrin yazdığına görə, Donald Tramp Administrasiyası UNRWA-nın pul vəsaitlərinin necə xərcləməsi ilə razı olmadığını ifadə etmək, həmçinin fələstinlilərin əhəmiyyətli hissəsinin qaçqın statusundan məhrum edilməsinə çağırmaq niyyətindədir.

Qəzet yazır ki, hazırda 5 milyondan çox fələstinli qaçqın statusuna malikdir və ABŞ hökuməti bu rəqəmin 10 dəfədən çox azaldılmasını təklif etməyə hazırlaşır./ report/