ABŞ-dan F-35 açıqlaması: Türkiyə ilə olan problem...

Baxış sayı:
10030

Ümid edirik ki, Türkiyə ilə olan problemi həll edəcəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan deyib.
“Problemi həll edəcəyik, beləcə F-35-lər və Patriotlar müdafiə inventarına daxil olacaq”, - deyə o bildirib.
Şanahan eyni zamanda ABŞ-ın Luke aviabazasında istifadə edilən F-35-in yaxın zamanda Türkiyəyə təhvil veriləcəyini bildirib.
Qeyd edək ki, Ankaranın Rusiya istehsalı S-400 raket sistemlərini almasından dolayı F-35 və Patriotların Türkiyəyə təhvil verilməsi ilə bağlı problemlər yaşanır.