ABŞ-dan etiraf: “Ərəb ölkələri ilə İsraili bir araya gətirdik”

Baxış sayı:
6319

İsrailin “Jerusalem Post” xəbər saytında yer alan məlumata görə, ABŞ-ın xarici işlər naziri Mayk Pompeo iştirak etdiyi televiziya proqramında İsrail və Ərəb ölkələri arasındakı münasibətə dair mühüm açıqlama verib.
 
Pompeo, "Amerikalıları güvənli tutmaq üçün Yaxın Şərqdə yaratdığımız koalisiyalardan yardım alırıq. Ərəb ölkələri və İsrailin arasını Amerikalıları güvəndə tutmaq üçün inkişaf etdirdik və hazırda bir çox cəbhədə birlikdə döyüşürlər" deyib.
 
Sisiden etiraf
 
Amerikan kanalı “CBSNEWS”-a müsahibəsində isə Misirin çevrilişçi generalı Sisi, "İsrail ilə Sinada birgə vuruşuruq və İsrail ilə geniş əməkdaşlıq içərisindəyik" deyib.
Müxalifət.az