ABŞ-dan etiraf: Raketləri Amerikanın hər yerini vura bilər

Baxış sayı:
10777

ABŞ Koreya Qüvvələri (USFK) Şimali Koreyanın Hwasong-15 qitələrarası ballistik raketinin (ICBM) ABŞ-ın hər yerinə çata biləcəyini bəyan edib.
 
Cənubi Koreyanın rəsmi agentliyi “Yonhap”-ın xəbərinə görə, USFK-dan edilən açıqlamada, 12874 kilometr mənzili olan Hwasong-15 ICBM-nin ABŞ-ın hər yerinə çata biləcəyi ifadə edilib.
Açıqlamada, Şimali Koreya lideri Kim Jongun bir raket test sahəsinin ləğv edilməsi və Punggye-ri-də bir nüvə sınaq təsisinin yox edilməsi mövzusundakı təlimatlarına baxmayaraq ölkənin nüvə silahlarından tamamilə təmizlənilməsi mövzusunda edilməsi lazım olan çox şey olduğu qeyd edilib.
Qeyd edək ki, Şimali Koreya 29 noyabr 2017-də bir Hwasong-15 raketinin sınağını keçirmişdi. Şimali Koreya ordusunun əlində 5500 kilometr mənzilli Hwasong-13 ilə 10 min kilometr mənzilli Hwasong-14 ballistik raketləri var.
Müxalifət.az