ABŞ-dan diqqət çəkən açıqlama: İkinci bir Kandil yarana...

Baxış sayı:
4945

ABŞ-ın Suriya Xüsusi Nümayəndəsi Ceyms Cefri Nümayəndələr Palatası Xarici İşlər Komissiyasında keçirilən "Suriyada Həll Axtarışı: Tramp Rəhbərliyinin Strategiyası" başlıqlı iclasda çıxış edib.
 
Suriyanın şimalında təhlükəsiz bölgə ilə bağlı görüşmələr mövzusunda Türkiyə ilə hələ razılaşmanın təmin edilmədiyini ifadə edən Cefri, görüşmələrin davam etdiyini deyib.
Cefri "Prezident (Tramp) SDG üzvlərinin əksəriyyətinin PKK ilə siyasi cəhətdən bağlı olduğunun fərqindədir. Təhlükəsiz bölgə yaradılması üçün Türklərlə və yerli ortaqlarımızla işləyirik. Yalnız yerli asayiş qüvvələrinin vəzifə yerinə yetirəcəyi, bizim və Türklərin də yaxından müşahidə edəcəyi bir plandır. Türklərlə və SDG ilə görüşürük, amma hələ bir razılaşma əldə edə bilməmişik" deyib.
Suriyadakı vətəndaş müharibəsidən ən çox təsirlənən ölkələrdən olan Türkiyənin üzləşdiyi təhdidlərin hələ davam etdiyini ifadə edən Cefri, terror təşkilatı PKK-nın Suriyanın şimal-şərqində, ya da başqa bir bölgəsində hücum mövqeyinə keçdiyi təqdirdə "ikinci bir Kandil Dağı vəziyyətinin" yaşanacağını vurğulayıb.
 
"Türkiyə İdlibdəki mövqeyini gücləndirdi"
 
Cefri Rusiya, İran və Əsəd rejiminin Suriyadakı fəaliyyətlərinə və Türkiyənin bu vəziyyətdəki reaksiyasına yönəlik bir suala bu cavabı verib:
"Türkiyə Əsəd rejiminə qarşı ölkədəki vətəndaş müharibəsi səbəbilə güclü bir düşmənlik bəsləyərkən, ənənəvi olaraq da İran ilə Orta Şərqdə rəqabət içindədir. Ayrıca Türkiyə ümumi mənada Rusiyanın özünə yönəlik hücumlarından da məmnun deyil. Türkiyə Suriyanın şimal-qərbindəki hərbi varlığının yanında, bizimlə şimal-şərqdə təhlükəsiz bölgə yaradılması və Rusiya ilə etdiyi ümumi müzakirələr yoluyla bu mövzularla baş edir".
 
İdlibdəki vəziyyətə də toxunan Cefri Türkiyənin rejim gücləri tərəfindən zaman zaman hücuma uğramasına və Rusiyanın Türkiyə üzərində rejim əleyhdarı qruplar mövzusunda təzyiqi artırmasına baxmayaraq İdlibdə əsgər saxlamaq surətiylə bölgədəki mövqelərini gücləndirdiyini, Rus və Əsəd rejiminə qarşı dayandığını ifadə edib.
Müxalifət.az