ABŞ-dan daha bir siyasi fiasko

Baxış sayı:
2683

Fransız politoloq Aleksandr Del Valle, ABŞ-ın xarici siyasətinin bir tərəfdən Rusiya, İran və Suriyaya, digər tərəfdən də Səudiyyə Ərəbistanına qarşı fərqli mövqeləri ortaya çıxan ikili standartlarının bu ölkəni beynəlxalq arenada bir daha siyasi uğursuzluğa düçar etdiyini yazıb.
 
Səudiyyə Ərəbistanının 11 sentyabr hücumlarına qarışdığına dair dəlillərin də Vaşinqton və Ər-Riyad arasındakı münasibətləri poza bilmədiyinə diqqət çəkilən yazıda, ABŞ-ın Ukrayna məsələsində tamamilə zidd mövqe nümayiş etdirdiyi və hər şeyin günahkarı olaraq Rusiyanı göstərdiyi qeyd edilib.
Məqalədə, Suriyadakı ölümlərdən Dəməşqə bağlı hökumət qüvvələrini günahkar göstərən Vaşinqtonun, eyni zamanda bir çox Suriyalının əslində cihadçılar tərəfindən öldürüldüyünü unutduğu vurğulanıb.
 
Qaşıqçı cinayətinə görə Ər-Riyada sanksiya tətbiq olunmadı
 
Qaşıqçının qətlindən sonra Qərbdəki bir çox insanın Səudiyyə Ərəbistanının Yəməni bombalamağı dayandırmasını tələb etməyə başladığı bildirilən yazıda, amma buna baxmayaraq, bu vəziyyətin Rusiya, İran və Suriyadan fərqli olaraq, Ər-Riyada qarşı hər hansı bir sanksiyaya çevrilmədiyi və heç bir şəkildə Səudiyyə orqanlarına təsir etmədiyi ifadə edilib.
Del Valle, nəticədə Səudiyyə Ərəbistanın terror təşkilatlarını dəstəkləməkdə davam etdiyini, İranın Yaxın Şərqdəki mövqeyini gücləndirdiyini, ABŞ-ın bu istiqamətdəki siyasətinin yenə fiaskoya uğradığını vurğulayıb.
Müxalifət.az