​“ABŞ-dan çox güclü silah alacağıq” - Moskvaya MESAJ

Ukrayna tezliklə ABŞ-dan çox güclü radioelektron və batereya əleyhinə mübarizə kompleksləri alacaq.
Muxalifət.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko raket qoşunları günü münasibəti ilə keçirilən tədbirdə deyib.
“Biz həmçinin unikal minaatanlar əleyhinə komplekslər aldıq. Bunun sayəsində rəqibin hərbi texnikasının məhv edilməsi vaxt azaldılıb. Hərbi texnikanın yerinin müəyyən edilməsi anından onun məhvinə qədər olan vaxt cəmi bir neçə dəqiqə təşkil edir. Bu komplekslər toqquşma xəttində özünün yaxşı tərəfdən göstərib. Amma artıq tezliklə bizə çox güclü radioelektron və batereya əleyhinə mübarizə kompleksləri veriləcək. Yalnız ABŞ-dan deyil, həm də başqa ölkələrdən”, - dövlət başçısı qeyd edib.
Xatırladaq ki, daha əvvəl “Vaşinqton Post” nəşri öz mənbələrinə istinadən Ağ Ev Ukraynaya silah çatdırılmasını dondurduğunu yazıb.
Nəşr qeyd edib ki, bir neçə aylıq danışıqlar və konsultasiyalardan sonra prezident Donald Trampın administrasiyası Barak Obama dövrünün siyasətinə qayıdıb. Sözügedən siyasət Ukraynaya öldürücü silahların verilməməsini nəzərdə tutur. Barak Obama administrasiyasının mövqeyi bundan ibarət idi ki, Ukraynaya hərbi yardımın artırılması diplomatik irəliləyişin qarşısını ala və Rusiya ilə böhranı kəskinləşdirə bilər.
Avqustun 24-də ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis bildirmişdi ki, Amerika administrasiyası Kiyevə öldürücü silahların verilməsi məsələsinə baxır.