ABŞ-dan Çinə 200 milyardlıq ZƏRBƏ HAZIRLIĞI

Baxış sayı:
2170

ABŞ prezidenti Donald Tramp 200 milyard dollarlıq Çin malına əlavə rüsumlar tətbiq etmək fikrindədir. Artıq gələn həftə bu qərar rəsmi şəkildə elan oluna bilər.

Muxalifet.az xəbər verir ki, “Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı "Bloomberg" nəşri yazıb.

Mənbələrin məlumatına görə, administrasiyanın biznes və ictimaiyyət nümayəndələrinin rüsumlara münasibət bildirmələri üçün ayırdığı vaxt sentyabrın 6-da başa çatacaq. D.Tramp bu müddət başa çatan kimi göstərilən ticarət məhdudiyyətlərini tətbiq etmək niyyətindədir. Materialda rüsumların aid olacağı Çin mallarının tam siyahısı yoxdur.

Agentlik ABŞ prezidentinin fikrini dəyişə və qəbul olunan qərarları birqədər sonraya təxirə sala biləcəyini istisna etmir. Mətndə bildirilir ki, qoyulan rüsamlar Vaşinqton və Pekin arasındakı "ticarət müharibəsində ciddi gərginliy"ə səbəb olacaq.