​ABŞ-dan çağırış: Bununla bağlı araşdırma aparılsın

Baxış sayı:
1030

Tərəfləri müharibənin qaydalarına uymağa çağırırıq.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert Yəməndəki mövcud durumla bağlı deyib.
"Mülki şəxsləri, yaşayış məntəqələrini hədəfə alan hücumlarla bağlı araşdırma aparılmalıdır. Yəmən xalqının daha az zərər görməsi üçün tərəflər siyasi həllə nail olmalıdırlar. Hər kəs Yəmənin sabitliyinə çalışmalıdır", - Noyert bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiyanın Yəməndə bir avtobusa hücumu nəticəsində 51 nəfər həlak olmuş, 79-u yaralanmışdı.