ABŞ-dan BƏYANAT: Maduro Hizbullaha sığınacaq verir

Baxış sayı:
2170

ABŞ Venesuela hakimiyyətini Livandakı Hizbullah Partiyası ilə əlaqələrdə ittiham edib.
ABŞ həmçinin rəsmi Karakasın Kolumbiyadakı sol radikal Milli Azadlıq Ordusu qruplaşması və Kolumbiya İnqilabçı Silahlı Qüvvələri təşkilatına da dəstək verdiyini bildirib.
“Biz Maduro hakimiyyətinin Milli Azadlıq Ordusu, Kolumbiya İnqilabçı Silahlı Qüvvələrindən olan dissidentlərə, eləcə də Hizbullaha dəstək verən və simpatiyası olanlara sığınacaq təqdim etməsindən çox ciddi narahat olmağa davam edirik. Bu qəbuledilməzdir”, – deyə ABŞ Dövlət Departamentinin bəyanatında yer alıb.
Muxalifet.az